Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Qaziler.az xəbər verir ki, onlardan 67,2 mini “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
Həmin dövrdə 10,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Son 8 ayda 8,6 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.
Digər bir istiqamət olaraq 136,8 min şəxsə peşəyönümü xidmətləri göstərilib.