Azərbaycanlı alim Fransada beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycanlı alim Fransada beynəlxalq tədbirlərdə iştirak edir backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Fransada elmi ezamiyyətdədir.



AMEA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-dək davam edəcək səfər çərçivəsində T.Nağıyev Fransanın Nitsa şəhərində keçirilən Kimya Mühəndisliyi üzrə onuncu Avropa Konqresində, Tətbiqi Biotexnologiya üzrə üçüncü Avropa Konqresində və Gərginlik Prosesləri üzrə beşinci Avropa Konfransında (ECCE 10+ECAB 3+EPİK 5) məruzə ilə çıxış edəcək.
Diaspora