Beynəlxalq Ahıllar Günü Zaqatalada qeyd olunub

Beynəlxalq Ahıllar Günü Zaqatalada qeyd olunub backend

Zaqatala şəhərində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.



AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, ahıl və gənclərin, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə keçirilən bayram tədbirində çıxış edənlər ölkəmizdə ahıllara göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, bu qəbildən olan insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar. Onların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Çıxışlarda ahıllara diqqət və qayğının hər kəsin mənəvi borcu olduğu xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin himayəsində 215 nəfər ahıl var. Mərkəzin sosial işçiləri tərəfindən onlara daim qulluq göstərilir.

Tədbirdə çıxış edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi ətrafında keçən tədbirin sonunda ahıl vətəndaşlara ərzaq yardımı göstərilib.
Diaspora