66 prokurorluq əməkdaşı məsuliyyətə cəlb edilib

66 prokurorluq əməkdaşı məsuliyyətə cəlb edilib backend

Bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib “Prokurorluq orqanlarında kadrlarla iş sahəsində ardıcıl olaraq həyata keçirilən sistemli tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilib, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə prinsipiallıq mövqeyindən yanaşılıb”. Lent.az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.

Məqalədə bildirilir ki, 2014-cü il 1 oktyabr tarixindən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub. İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar.
Diaspora