Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xatırladaq ki, sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hazırda iki çaydan sel keçir.