“Nikosayağı” adı ilə tanınan bloqer xəstəxanadan çıxdı

“Nikosayağı” adı ilə tanınan bloqer xəstəxanadan çıxdı backend

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan evə buraxılıb.

Bu barədə Teleqraf.com-a bloqerin atası, nevropatoloq Nafiz Mütəllimov məlumat verib.

“Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır”, - o deyib.

Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Diaspora