6 prokurorluq əməkdaşına vaxtından əvvəl rütbə verilib

6 prokurorluq əməkdaşına vaxtından əvvəl rütbə verilib backend

“Prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub”.

Lent.az xəbər verir ki, baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib ki, həmin 66 nəfərdən 2 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.

Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməklə, ötən bir il ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət prosesində ekstradisiya, insan hüquq və azadlıqlarının müdafiəsi”, “İnzibati xətalar haqqında iş üzrə prokuror nəzarətinin metodikası”, “Prokurorluq orqanlarında uçot və statistik hesabatların hazırlanması metodikası”, “Tibb işçilərinin peşə vəzifələrinin icrası ilə bağlı cinayətlərə dair məlumatların araşdırılması metodikası”, “Korrupsiya cinayətlərinin tövsifinin hüquqi (maddi, prosessual) əsasları və qaydaları” və “Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası” mövzularında ixtisasartırma kursları təşkil edilib. Bununla yanaşı, Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün “İnzibati xətalar haqqında işlər üzrə icraatın metodikası” mövzusunda ixtisasartırma kursu keçirilib.
Diaspora