Gəncədə Aleksandr Nevski Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub - FOTO

Gəncədə Aleksandr Nevski Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub - FOTO backend

Gəncədəki Aleksandr Nevski Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, bu münasibətlə Gəncədəki məbəddə dini ayinlər icra olunub.

Kilsənin yaradılması ilə bağlı tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov), Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan pravoslavlar da iştirak ediblər.

Qeyd edək ki, Aleksandr Nevski Pravoslav Kilsəsi 1887-ci ildə şəhərin köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib. 1916-cı ildə kafedral statusuna sahib olan kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası kimi istifadə edilib. Muzey eksponatlarının başqa bir yerə (məscidə) köçürülməsindən sonra məbəd binası anbar kimi istifadə edilib. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılıb.

Diaspora