Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümü qeyd olunacaq

Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümü qeyd olunacaq backend

Oktyabrın 2-də Azərbaycanın Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli yazıçı və alim Əlibala Hacızadənin anadan olmasının 80-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

AYB-dən AZƏRTAC-a bildirilib ki, elm, incəsənət, mədəniyyət xadimləri, mərhum yazıçının sənət dostları və ailə üzvlərinin iştirak edəcəyi tədbirdə sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.

Qeyd edək ki, bir neçə illiyə Əfqanıstana ezam edilərək orada tərcüməçi işləyən şərqşünas alim həmin illərdə bir-birinin ardınca bədii əsərlərini yazdı. Tezliklə onun "Qürbətdə" adlı hekayələr toplusu, "Təyyarə kölgəsi" romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü gördü. Görkəmli ədibin "İtkin gəlin" romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Diaspora