29 avqust 2023 -cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək"İctimai Birliyinin həyata keçirdiyi "Yaşıl Masa"- ətraf mühitin qorunması üzrə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə tədbirlərin təşkili layihəsi çərçivəsində növbəti üçüncü dəyirmi masa Montin Otelin konfrans zalında keçrildi.
Tədbiri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev açaraq qonaqları salamladı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Layihə haqqında iştirakçılara geniş məlumat verdikdən sonra sözü layihənin eksperti Sadiq Həsənova verdi. Sadiq Həsənov qlobal problem olan yaşıllıqların məhf edilməsi haqqında danışaraq bildirdi ki, 10.000 il əvvəl dünyanın yaşayış üçün yararlı torpaqlarının 57%-i meşələrlə örtülü idi. Bu, 6 milyard hektardır. Bu gün cəmi 4 milyard hektar qalıb. Dünya meşələrinin üçdə birini - ABŞ-dan iki dəfə böyük olan ərazini itirib. Bunun yalnız 10%-i 5000 il əvvələ qədər bu dövrün birinci yarısında itirildi. Bu dövrdə dünya əhalisi kiçik idi və çox yavaş böyüyürdü. O vaxt dünyada 50 milyondan az insan var idi. Kifayət qədər ərzaq istehsal etmək üçün adambaşına düşən torpaq sahəsi az deyildi - əslində bu, indikindən qat-qat böyük idi. Dünya əhalisinin 1700-cü ildə 603 milyona qədər artdı. Bu səbəbdəndə kənd təsərrüfatı üçün istifadə olunan torpaqların - məhsul yetişdirmək üçün torpaq, eləcə də heyvandarlıq üçün otlaq sahələri - genişlənirdi. Bununla belə, hələ də dünyanın yaşayış üçün yararlı torpaqlarının yarısından çoxu meşəlik idi. 20-ci əsr isə dünyada meşə itkisinin yarıya çatdığı vaxtdır. ümumi meşə itkisinin yarısı bizim eradan 8000 il əvvəldən 1900-cü ilə qədər baş verib. digər yarısı isə təkcə ötən əsrdə baş verib. Burada, iki vacib məqamı vurğulamaq lazımdır.
Birincisi 1900-cü ilə qədər dünyada 1,65 milyard insan var idi (indiki insanlardan beş dəfə az), Bugünkü standartlarla müqayisədə ən sadə həyat tərzi ilə belə, əcdadlarımızın adambaşına düşən izi böyük idi. Aşağı kənd təsərrüfatı məhsuldarlığı və yanacaq üçün odundan asılılıq əsas ehtiyaclar üçün böyük miqdarda torpaqların təmizlənməsini nəzərdə tuturdu.
İkincisi, keçən əsrdə meşələrin qırılmasının nə qədər sürətləndiyini aydın göstərir. 100 ildən bir qədər artıq müddətdə dünya əvvəlki 9000 ildə olduğu qədər meşələri itirdi. ABŞ ölçüsündə bir ərazidə meşələr qırılaraq məhf edildi. Bununda əsas səbəbi kənd təsərrüfatı üçün torpaqların davamlı genişləndirilməsi ilə şərtlənir. Müasir əhalinin quruya artan təzyiqləri haqqında düşünəndə tez-tez genişlənən meqapolisləri təsəvvür edirik. Lakin şəhər torpaqları qlobal yaşayış üçün yararlı torpaqların yalnız 1%-ni təşkil edir.
Sonra mövzu ətrafında çıxışlar oldu. Vətəndaş cəmiyyəti fəalları ekoloji mövzuda tədbirlərin keçrilməsinin əhəmiyyətindən danışaraq, bu, istiuqamətdə təşkilatçılara uğurlar arzuladılar.