“Vətən ətri” filmi hazırdır - FOTOLAR

“Vətən ətri” filmi hazırdır - FOTOLAR backend

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin icrası məqəsədi ilə çəkilməsi nəzərdə tutulan “Vətən ətri” filminin çəkilişləri başa çatıb və film artıq hazırdır.

Qaziler.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi Layihənin sonuna yaxınlaşır.

Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov, Saatlı rayonunun Bəylər kəndində 1 mart 1999-cu ildə anadan olan Elgiz Mehtiyev, İkram Şirvan oğlu Səmədov  Qubadlı, Füzuli, Cəbrayıl uğrunda döyüşüblər. Qubadlıda və Şuşada şəhid olublar.

“Müqəddəs vətən torpağının ətri ruhumuzun qidasıdır” layihəsinin əsas məqsədi Qarabağ uğrunda şəhid olan vətən oğullarının tanıdılması və gəncliyin onlardan nümunə götürməsinin təbliğidir. Filmdə çəkilməsi nəzərdə tutulmuş hər üç qəhramanımızın yaxınları, döyüş dostları onlarla bağlı xatirələrini göz yaşları ilə danışıblar. Filmin çəkilişləri ağır olsa da başa çatıb. Film agentliyin baxışından keçirilərək, təqdimata hazırdır.

“Vətən ətri” sənədli filminin təqdimat tədbiri 20 sentyabr 2023-cü il tarixində Saatlı rayon Mədəniyyət evində keçirlləcək. Filmə aid disklərin çoxaldılaraq tədbir iştirakçılarına paylanması nəzərdə tutulub. Disklər hazır vəziyyətdədir. 

Layihənin rəhbəri Əhalinin Maarifləndirilməsinə Mütəxəsislərin Dəstəyi İctimai Birliyinin sədri Famil Gözəlovdur. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Diaspora