Xarici ölkədə Rusiya qoşunlarından istifadə olunmasına icazə verilib

Xarici ölkədə Rusiya qoşunlarından istifadə olunmasına icazə verilib backend

Rusiya Federal Məclisinin Federasiya Şurası ölkə Prezidentinə RF Silahlı Qüvvələrindən Suriyada istifadə olunmasına icazə verib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə RF Prezidenti Administrasiyasının başçısı Sergey İvanov jurnalistlərə məlumat verib.



O dəqiqləşdirib ki, Federasiya Şurasında müzakirə edilən Rusiya Silahlı Qüvvələrindən xarici ölkədə istifadə olunması məsələsi Suriyaya aiddir. S.İvanov deyib: “Rusiya Suriyada ancaq aviasiyadan istifadə edəcək, Suriya Prezidenti Bəşər Əsədin xahişi ilə özünü “İraq Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya qarşı hərəkət edəcək”. Onun sözlərinə görə, Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd hərbi yardım göstərmək xahişi ilə Rusiya rəhbərliyinə müraciət edib.
Diaspora