İqtisad Universitetində “Gənc investor” müsabiqəsi keçirilir

İqtisad Universitetində “Gənc investor” müsabiqəsi keçirilir backend

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Gənc investor” müsabiqəsi keçirilir.


ADİU-dan AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasının bu ali məktəblə birgə həyata keçirdiyi layihənin məqsədi tələbələrin maliyyə və qiymətli kağızlar bazarına marağının artırılması və bu sahə üçün vacib biliklər qazanmasına töhfə verməkdir. Müsabiqənin iştirakçıları bütün fakültələrdən ikinci, üçüncü və dördüncü kurs tələbələri olacaq.

Müsabiqənin mövzusu daha çox maliyyə, qiymətli kağızlar, biznesin idarə olunması sahələrini əhatə edəcək. Müsabiqə keys əsasında elan olunacaq, yəni tələbələr verilmiş keysi analiz edərək, orada təsvir olunan problemə öz həll yollarını təklif edəcəklər. Yarışmada əsas sual maliyyə çətinlikləri ilə üzləşən hər hansı bir şirkətin qiymətli kağızlar bazarı vasitəsilə ən optimal şəkildə maliyyə cəlb edə bilməsidir. Keys materialı şirkət, onun keçmişi, maliyyə hesabatları haqqında mühüm məlumatları özündə əks etdirir. Tələbə keysi diqqətlə oxumalı, əlavə olunmuş sənədləri analiz etməli və mühakiməsi əsasında düzgün maliyyələşmə yolu haqqında təklif verdiyi bir esse yazmalarıdır. Müsabiqənin qalibləri təqdim olunmuş esselər arasından seçiləcək.

Esselər oktyabrın 1-dən 26-dək qəbul olunacaq. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 10-da keçiriləcək. İlk üç yerin qalibinə pul mükafatları veriləcək. Digər iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.
Diaspora