Nazirlik: Bakıda temperatur iqlim normasından 2-3 dərəcə yüksəkdir

Nazirlik: Bakıda temperatur iqlim normasından 2-3 dərəcə yüksəkdir backend

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, oktyabrın 1-2-də belə hava şəraitinin davam edəcəyi gözlənilir.

G.Məmmədova ötən illər ərzində də sentyabrın son, oktyabrın ilk günlərində belə isti hava şəraitinin müşahidə edildiyini söyləyib.
Diaspora