Avqustun 30-da Serbiya işğalçılar tərəfindən partladılmış Kaxovka SES-də zərərçəkənlər üçün humanitar yardım daşıyan 14 yük avtomobilini Ukraynaya göndərib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Serbiya Respublikasındakı səfirliyinə istinadən xəbər verir.
“Avqustun 30-da Ukraynaya humanitar yardım (dərmanlar, içməli su, su filtrləri, ədyal və s.) olan 14 yük maşınının təhvil verilməsi ilə bağlı rəsmi mərasim keçirilib”, - məlumatda deyilir.
QAZİLER.AZ