Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində III - sonuncu konfransını keçirilib.
“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq konfransın gündəliyində duran məsələdən danışıb. Qazilərin problemlərindən danışan birlik sədri birinci konfrans zamanı qaldırılan bir çox məqamlara toxunub. Bildirib ki, layihə zamanı Qazilər tərəfindən səslənən fikirləri ümumiləşdirilərək müvafiq dövlət strukturunun rəhbərlərinə müraciətlər edilib. Onun sözlərinə görə, artıq bir sıra müsbət nəticələr də var.Layihənin icrasına dəstək verən digər təşkilat “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov layihənin əsas məqsədinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. O, bu məqsədlə beş ay davam edən layihə çərçivəsində 3 konfransın keçirildiyini, maarifləndirici bukletin hazırlandığını və iştirakçılara paylandığını bildirdi.
Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına onun sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.
Layihənin məqsəd və vəzifələrindən danışan konfrans iştirakçıları bu layihənin icrasını yüksək qiymətləndiriblər.