Aylardır marketlərdə polietilen torbalar alıcıya ödənişli təqdim olunur.
Xezerxeber.az xəbər verir ki, bəzi sakinlər ödənişli olsa da, bu torbalardan istifadə etməyə davam edirlər.
Polietilen torbaların ödənişli olmasında səbəb ətraf mühitin plastiklə çirklənməsinin qarşısını almaqdır.
Qeyd edək ki, polietilen torbaların və digər məhsulların 15 mikrona qədər olan növünün satışı qadağandır. Əgər istehlakçılar bu məhsulların satışı ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşarlarsa, buna yol verən ticarət və xidmət müəssisələri haqqında dəqiq məlumatları və faktları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilərlər.
Daha ətraflı süjetdə: