Azərbaycanda müəllimlər və həkimlərə xüsusi ipoteka şərtləri təklif edilir

Azərbaycanda müəllimlər və həkimlərə xüsusi ipoteka şərtləri təklif edilir backend

Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtlərinin tətbiq edilməsi təklif edilir.


Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib ki, Azərbaycanda müəllimlərin və həkimlərin əmək haqlarının məbləği sosial ipotekadan faydalanmağa imkan vermir: “Müəllim və həkilmlərin maaşı sosial ipoteka üçün qoyulan normalara çatmır”.

M.Quliyev bildirib ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir: “Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik olunsun və müəllimlər və həkimlər sosial ipoteka üçün xüsusi kateqoriyaya daxil edilsin”.
Diaspora