Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “Azərbaycan aşıq məktəbləri” ilə bağlı tədbirlər layihəsi çərçivəsində çəkilən “Azərbaycan aşıq məktəbləri” sənədli flminin təqdimatı keçrildi.
Tədbiri “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Mustafayeva açaraq qonaqları salamladıqdan sonra layihə haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçrilən layihədə Azərbaycanın qədim xalq sənəti olan aşıq sənətinin incəlikləri və özünə məxsusluğu barədə ölkəmizin tanınmış aşıq sənətinin bilicilərinin iştirakı ilə sənədli flim hazırlanıb.
"Bu flmin hazırlanmasında məqsədimiz qədim xalq sənətinin təbliği və yaşadılmasına öz töhfəmizi vermək arzusu idi. Bizə bu işdə maddi və mənəvi dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm", deyə o, bildirib.
Çıxışdan sonra fllm nümayiş olunub.
Flim yekunlaşdıqdan sonra isə fəlsəfə elmləri doktorları Tacir Qurbanov və Almara Nəbiyeva flim haqqında öz təəssüratlarını bölüşdülər. Digər iştirakçıarda flmin çəklişinə görə təşkilatçılara təşəkkür edib, uğurlar arzuladılar.
Xeberdar. net