Sabahın HAVA PROQNOZU

Sabahın  HAVA PROQNOZU backend

Azərbaycanda avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-23, gündüz 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Diaspora