PKK terror təşkilatı Türkiyənin Batman şəhərində polis kortejinə hücum təşkil edib. APA TV-nin məlumatına görə, terrorçular kortejin keçəcəyi yola bomba döşəyiblər.
Zirehli polis maşınlarının keçdiyi ərəfədə bomba partladılıb. Nəticədə 1 polis əməkdaşı şəhid olub, 3-ü polis olmaqla 5 mülki vətəndaş yaralanıb.Hadisə yerinə dərhal təcili yardım maşınları göndərilib. Yaralılar xəstəxanalara çatdırılıblar. Daha sonra isə ərazidə terrorçuların tutulması üçün geniş hərbi əməliyyat başladılıb. Şəhid olan polisin kimliyi də məlum olub. O, Batman Polis İdarəsinin Xüsusi Təyinatlılar şöbəsinin əməkdaşı Nedim Erbaydır.