Qarabağda girov götürülmüş gənc qızlarımızın naməlum taleyi ilə bağlı layihənin ilk təqdimatı keçirilib - FOTO

Qarabağda girov götürülmüş gənc qızlarımızın naməlum taleyi ilə bağlı layihənin ilk təqdimatı keçirilib - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş, “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihəni Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi icra edir.

Qaziler.az xəbər verir ki, bu barədə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidməti məlumat yayıb. 

MVQSYİB qalib olmuş layihəsi, əsasən Ermənistan və Rusiya ordusunun Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş, girov götürülmüş insanların tanıdılması məqsədi ilə həyata keçirilir. Layihədə önəm verilən yeniyetmə və azyaşlı qızların giröv götürülməsi, onlara işgəncə verilməsi və təcavüzə məruz qalmaları ön plana çəkilib. Layihənin icrası məqsədi ilə “Məhv edilmiş gələcək” filmi çəkilib. Filmin ilk təqdimat tədbiri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçiriləcək. Lakin layihənin işi bununla bitmir. Məlumatda qeyd edilib ki, layihənin icrası zamanı şəhidlərin tanıdılması məqsədi ilə bir neçə tədbir keçirilsə də, bu tədbirlərin heç birini layihəyə aid edilməyib.

27 avqust 2023- cü il tarixində Yasamal Rayon Bələdiyyəsinin Mərasim evində Cəbrayil rayonunun Dağtumas kəndindən olan 6 nəfər itkin-şəhidin və ümumilikdə Dağtumas kəndindən olan 15 nəfər şəhidin xatirə gününü qeyd edilib.  Yasamal Rayon Bələdiyyəsinin maddi və mənəvi dəstəyi ilə keçirilən tədbirdə, MVQSYİB-nin sədri Rada Abbas tədbirin layihənin məqsədi ilə birbaşa üst-üstə düşdüyünü və Azərbaycan vətəndaşlarının vəhşiliklə basdırıldıqları 9 toplu məzarın Azərbaycanın qələbəsindən sonra aşkarlandığını qeyd edib, bu ağır dərdi çəkən şəhid analarına baş sağlığı verib. 

Tədbirin təşkilatçılığında MVQSYİB-nin mətbuat xidmətinin rəhbəri İradə Qaracallı, təşkilatın sədr müavini Gülpəri Əhmədova, itkin-şəhid Şəmsi Həmidovun bacısı, təşkilatın üzvü Səkinə Həmidova yaxından iştirak ediblər.

Yasamal rayon Bələdiyyəsinin dəstəyi ilə Yasamal rayon Bələdiyyəsinin Mərasim evində 1993-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində xüsusi qəhrəmanlıq gösdərərək şəhid olmuş 6 məzarsız şəhidimizin işığına toplaşanlar onları anıb, ailələrinə baş sağlığı veriblər.

Həmidov Şəmsi Məhəmməd oğlu
Məmmədov Məzahir Məhəmməd oğlu
Məmmədov Səfdər Novruz oğlu
Allahquliyev Mahir Məhəmməd oğlu
İbrahimov Sərvər Rəşid oğlu
Rüsdəmov Novruz İbiş oğluna anım günü qeyd edilib.

Anım gününə şəhidlərimizin ailə üzvləri, Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının müavini Əbil Vəliyev, rayonun Millət vəkili Seyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, Dağtumas kənd İcra Nümayəndəsi İlqar Məmmədov, şair və publisist Yazıçılar Birliyinin üzvü Malik Əhmədoğlu, Türkiyədən gəlmiş tanınmış jurnalist Hasan Barın, Dağtumas kənd sakinləri, şəhidlərimizin döyüş yoldaşları və Cəbrayıl rayon Şəhid Ailələri Müharibə Veteranları Qarabağ Əlilləri İctimai Birliyinin sədri İxtiyar Hüseynov başda olmaqla Cəbrayıl rayon qaziləri və veteranları iştirak ediblər. Cəbrayil rayonundan olan məktəblilər və şairlərimiz şəhidlərə həsr edilmiş şerlər söyləyiblər.

MVQSYİB adından Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov və Bələdiyyənin Ərazi İdarəetmə şöbəsinin müdiri Rizvan Mahmudova dərin təşəkkürümüzü bildiririk.

Anım günündə eyni zamanda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB üzvləri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova, QİAİB sədri Könül Hüseynova, QHT sədri Mehriban Abdullayeva və bir çox tanınmış şəxslər iştirak ediblər

Anım günündə şəhidlərimizin keçdiyi döyüş yolu və əziz xatirələri qeyd edilib.

Başın sağ olsun Vətən!!!

MVQSYİB-nin mətbuat xidməti

QAZİLER.AZ

Diaspora