Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu üç universitetdən qəbul alıb.
Qaziler.az xəbər verir ki, bu barədə Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında paylaşım edib.
Sevinc Orucova qeyd edib ki, Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirdi:
“Böyük arzumuz Nihadın İstanbul Texniki Universitetində ya da ADA universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisasları üzrə qazandı. Əminəm ki, Raqufun da ruhu şaddır”.
Qeyd edək ki, Raquf Oruvov Aprel döyüşlərində şəhid olub.