Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna da dəstək işləri aparılır.
Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir.
Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.
Təlimlərdən sonra proqram iştirakçıları proqram çərçivəsində kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunacaqlar.