Müvəkkil Hüquq Mərkəzinin sədri araşdırmalarla bağlı Ağdamda olub - FOTO

Müvəkkil Hüquq Mərkəzinin sədri araşdırmalarla bağlı Ağdamda olub - FOTO backend

Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə bağlı hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az-a açıqlmasında layihə çərçivəsində Göyçə mahalının Mollalı kənd sakini olan Şölə Fətəliyeva (Məmmədova) ilə görüşmək üçün Ağdam rayonunun Quzanlı kəndində olduğunu bildirib:

“Göyçə mahalının Mollalı (Alçalı) kəndindən Bərdə rayonun İmirli kəndinə məcburi köçürülən ailələr içərisində hazırda Ağdamın Quzanlı qəsəbəsində yaşayan Şölə Fətəliyevanın (Məmmədova) şəxsi hekayəsini dinləmək üçün evlərində qonaq olduq.

Qərbi Azərbaycandan deportasiya edilən bütün insanlarımız kimi Fətliyeva Şölə Həsən qızının taleyi də keşməkeşlə doludur. Doğma Mollalı kəndindən kiçik yaşlarında çıxmaq məcburiyyətində qalan Şölə Fətəliyeva ilk orta təhsilini 1953-cü ildə Bərdə rayonunun İmirli kəndində İsa Vəkilovun təşkil etdiyi ilk ibtidai məktəbdə alıb. Sonradan tale elə gətirib ki, o, Qarabağın ən saylıb-seçilən pedaqoqlarından olan Əhməd Məmmədovla ailə qurub. Əhməd Məmmədov İmirli kəndindəki 8- illik orta məktəbi tam orta məktəbə çevirmək üçün böyük zəhmətlər çəkib. İmirli sakinləri həmişə onun parlaq xatirəsini əziz tuturlar”.

 

 

Diaspora