Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Tərtər rayonunda davam etdirib.
Qaziler.az nazirliyin saytına istinadla xəbər verir ki, layihə çərçivəsində rayonda yeni doğulmuş (bu ilin iyul ayında doğulan) qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutular təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Bundan əvvəl layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib və həmin rayonlar üzrə 90 ailəyə qeyd edilən qutular təqdim edilib. Layihənin mərhələli olaraq digər rayonlarda da davam etdirilməsi planlaşdırılır.
Sosial şəbəkələrdə də bizi izləyin: