Bir müddət əvvəl QAZİLER.AZ saytının qonağı olan Suraxanı rayon sakini, I qrup Qarabağ qazisi (əlili) Loğman Paşayev bizə qarşılaşdığı problemlərindən danışmışdı. Onun problemlərdən biri də həyətyanı torpaq məsələsi ilə bağlı idi.
“Qarabağ qaziləri” birliyinin rəhbərliyi Qarabağ əlillərinin problemlərinin müzakirəsi məqsədi ilə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşəndə də bu məsələni qaldırmışdılar. Qazilər Bakı meri ilə görüş zamanı onun vasitəsi ilə Suraxanı rayon icra başçısı İlqar Abbasovdan da xahiş etmişdilər ki, bu problemin həllində L.Paşayevə köməklik göstərsin.Bu gün L.Paşayevlə əlaqə saxladıq, məsələnin hansı mərhələdə olduğunu öyrəndik. Qarabağ qazisi bizə bunları bildirdi: “Suraxanı rayonun icra başçısı İlqar Abbasov bu məsələ ilə bağlı bizi bir neçə dəfə qəbul edib dinləyib, özümüz də görürük ki, problemin həll olunması üçün əlindən gələni edir. Ümid edirik ki, məsələ yaxın günlərdə öz həllini tapacaq. Əvvəllər də, İlqar müəllimlə normal münasibətimiz olub. Başqa işimizlə bağlı heç vaxt bizim onunla görüşmək problemimiz olmayıb. Hətta İlqar müəllim hərəkət məhdudluğumuzu görüb özü aşağı düşüb bizi qarşılayırdı.”
QAZİLER.AZ