“Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi” təşkil ediləcək

“Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi”  təşkil ediləcək backend

Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu ilk dəfə olaraq Rusiya Federasiyasında Birinci Azərbaycan Görüş Təşkilatçıları Sənayesi işgüzar görüşünü elan edir.


Dövlət və özəl sektorun əməkdaşlığı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan və ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Büronun təşkilatçılığı ilə keçirilən işgüzar görüş 2015-ci ilin oktyabr ayının 8-də Moskvada "Intercontinental Tverskaya" mehmanxanasında baş tutacaq.
Rusiya işgüzar turizm potensialı baxımından Azərbaycan üçün mühüm bazar olduğundan, Azərbaycan Görüş Təşkilatçıları Sənayesi işgüzar görüşünü ilk dəfə olaraq məhz Moskvada təşkil etmək qərarı alınıb.
Büronun təşkil edəcəyi bu mötəbər tədbir Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfüzlü təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirəcək.
Tədbir çərçivəsində üz-üzə görüşlərin və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Azərbaycan Görüş Təşkilatçıları Sənayesi işgüzar görüşündə yalnız Azərbaycan Görüş Sənayesi iştirakçılarının deyil, həmçinin Azərbaycanın mədəni zənginliklərinin, tariximizin, milli-mətbəximizin və musiqimizin incilərinin təqdimatı da nəzərdə tutulub.
2013-cü ildə ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MİCE bazarında işləyən təşkilat və müəssisələri, habelə mehmanxanaları bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.
Diaspora