“Bu gün səhər saatlarında siyasətçi Nemət Pənahlının avtomobili DYP əməkdaşları tərəfindən müvəqqəti duracağa aparılıb”.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, 90-KM-590 dövlət qeydiyyatlı avtomobilin üzərində 1 100 manatlıq ödənilməmiş cərimə var.
“Həmin cərimələrə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin 3-cü bəndinə müvafiq qaydada Nəsimi Rayon Məhkəməsinin avtomobilin müvəqqəti duracağa təmin olunması üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edilib. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd olunan vəziyyəti izah ediblər, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.