Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək işlərinə başlanıb

Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək işlərinə başlanıb backend

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işlərinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra  onlarla  ünvanlarında görüşlər keçirib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində həmin vətəndaşların məşğulluğuna dəstək işləri aparılır.  

Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan  144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədi ilə ailələrin hər biri ilə ilkin əlaqələr saxlanılıb. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar verilib.

 

Diaspora