Qvatemalada keçirilən prezident seçkilərinin ikinci turunda sol mərkəzçi "Semiliya" hərəkatının nümayəndəsi Bernardo Arevalo 59 faiz səslə qalib gəlib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə avqustun 21-də Qvatemala Ali Seçki Məhkəməsinin sədri İrma Palensiya Facebook səhifəsində məlumat verib.
“Bildirik ki, Bernardo Arevalo seçkilərin qalibidir. Protokolların 96%-i sayıldıqdan sonra o, 2,38 milyondan çox səs toplayıb. Onun rəqibi, mərkəzçi Milli Ümid Birliyi partiyasından Sandra Torres 1,46 milyondan çox səs toplayıb ki, bu da 36,24%-ə bərabərdir”.
QAZİLER.AZ