Şimal bölgəsində artıq iki gündür ki, hava şəraiti dəyişib. Qubaya yağan leysan fəsadlara səbəb olub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Xınalıq yoluna gələn sel özü ilə iri qaya parçalarını yolun hərəkət hissəsinə gətirib. Nəticədə yolda hərəkət məhdudlaşıb.
Ciddi problem əsasən yolun 36 və 42 kilometrliyində yaranıb. Sözügedən ərazidə sel suları yol infrastrukturuna ciddi ziyan vurub, suötürücü qurğular sıradan çıxıb, asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Görülən tədbirlər nəticəsində yolda yaranan məhdudiyyət aradan qaldırılsa da, hazırda sürücülərə zərurət yaranmadığı təqdirdə bu yoldan istifadə etməmək tövsiyə olunur.