Xəbər verdiyimiz kimi, avqustun 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən verdiyi məlumata görə səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə və prospektinin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.
Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.