Tovuzlu təsərrüfat sahibinin yetişdirdiyi balqabaq görənlərin diqqətini cəlb edib. Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, rayonun Düzqırıxlı kənd sakini 45 yaşlı Gündüz Bağırov öz təsərrüfatında iri balqabaq yetişdirməyə nail olub. Bu balqabağın çəkisi nə az, nə çox – düz 55 kiloqramdır.
Təsərrüfatçının sözlərinə görə, bu, Azərbaycanda yetişdirilən ən böyük balqabaq sayıla bilər.Tovuzlu təsərrüfatçıdan balqabaq rekordu

