Bu ilin əvvəlindən avqustun 1-nə qədər Ukrayna sərhədlərində ölkədən geri qaytarılan və ölkəyə girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Bu barədə "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, bu ilin 7 ayı ərzində 222 nəfər Azərbaycan vətəndaşı ölkədən geri qaytarılıb. 39 Azərbaycan vətəndaşının isə müvafiq müddətlərə ölkəyə girişi qadağan olunub.