3750 itkin düşmüş şəxsin 11850 ailə üzvündən DNT analizi götürülüb.
Apa xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, digərlərindən də analizlərin götürülməsi davam edir: "Götürülməyən analizlər komissiya tərəfindən qaynaqlanan məsələ deyil. Bəzi ailələr müəyyən səbəblərə görə bundan imtina ediblər. Digərlərində isə itkin düşmüş şəxsin bütün ailə üzvləri xaricdə olduğu üçün analiz götürmək mümkün olmayıb".