Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun monitorinq komitəsinin sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə komitənin sədr müavini seçilib.
Səməd Seyidov bununla bağlı mətbuata açıqlamasında deyib: “Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir Monitorinq Komitəsində fəaliyyət göstərirəm. Fikrimcə, bu, Azərbaycana olan etimadın göstəricisidir, xüsusilə də monitorinq komitəsinin, çünki Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir”.