Havanın temperaturu 33 dərəcəyədək enib - FAKTİKİ HAVA

Havanın temperaturu 33 dərəcəyədək enib -  FAKTİKİ HAVA backend

Avqustun 17-si saat 09:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2.0 mm-dək olub.

Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.

Diaspora