Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.
Bu barədə Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
*****
"TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir".
"Report" xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib: "Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Hazırda terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".