Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib təşkilatlardan biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir.
Bu barədə Qaziler.az QHT-yə istinadla xəbər verir.
Məlumatda qeyd edilib ki, “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması adlı layihənin icrasına başlanılıb.
Layihənin icrası məqsədi ilə çəkiləcək “Məhv edilmiş gələcək” filmində 1992-93-cü illər ərzində girov götürülmüş azyaşlı, yeniyetmə, gənc qızlarımızın naməlum həyatlarından bəhs ediləcək.
Təşkilat daimi olaraq Qarabağ həqiqətlərinin yayılmasında dövlətə dəstək vermək üçün çalışır.
Çəkiləcək filim də eyni məqsədi daşıyan məsələlərdən biridir. Layihənin icra müddəti iki ay, maliyyəsi 7000 AZN-dir. Layihənin mühasibi Quliyeva Xəyalə, layihə rəhbəri Radə Abbasdır.
Layihənin icrası ərəfəsində filmin təqdimat tədbiri keçiriləcək, filmə aid disklər çoxaldılaraq tədbir iştirakçılarına paylanılacaqdır. Filmin təqdimat tədbiri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçiriləcəkdir.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbasdır.