Naxçıvanda bir neçə vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvanda bir neçə vəzifəli şəxs  işdən çıxarıldı backend

Naxçıvan Muxtar Respublikası (NMR) Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri işdən çıxarılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasib Sevindik Vəliyev vəzifələrindən azad olunublar.

Diaspora