Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verdi

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verdi backend

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Raça regionunun Şovi bölgəsində baş vermiş güclü torpaq sürüşməsi ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

 

 

Diaspora