"Apple” korporasiyası öz avadanlıqlarının istifadəçilərinə yeni çıxan filmlər barədə məlumatlandıracaq.
İKT.lent.az-ın verdiyi məlumata görə, “Apple” multimedia faylarının idarə edilməsi, xüsusilə də yeni filmlərin treylerlərinin və onların biletlərinin satış nöqtələrini müəyyən edərək istifadəçilərə göndərilməsini təmin edən yeni xidmətini patentləşdirib.ABŞ-ın patentlər və ticarət markaları üzrə bürosu “Apple” korporasiyasına media faylların menecmenti üzrə əlavənin yaradılması üçün müəlliflik hüquqları şəhadətnaməsinin verildiyi ilə bağlı məlumat yayıb.
Bu əlavə “iPhone” və “iPad” istifadəçiləri arasında yeni prokata çıxan kinofilmlərin anonsları ilə reklam çarxlarının göndərilməsini həyata keçirəcək. Bu treylerlərdə reklam olunan yeniliyin bilet satışı məntəqələri barədə ətraflı məlumat da əlavə olunacaq.
Göndərişlərin içindəkiləri seçərkən tərtibatçılar qadcetin lokallığını və filimin konkret regionda ekrana çıxma qrafikini nəzərə alıblar.
Qeyd edilir ki, “Apple” korporasiyasının tərtibatçıları patentləşdirilmiş xidmətin funksionallığını genişləndirməyi planlaşdırıb. Perspektivdə proqramda “Apple TV” fəaliyyətə başlayacaq və istifadəçiləri yeni serialların çıxması ilə bağlı məlumatlandıracaq.
Həmçinin əlavədə konkret fərdi istifadəçilərin istifadə etdiyi janr kinolentinə hesablanmış filtrlərin tənzimlənməsi imkanları işlənilir.