Azərbaycanın Mill Qəhrəmanı Eldar Ağayevin doğum günüdür

Azərbaycanın Mill Qəhrəmanı Eldar Ağayevin doğum günüdür backend

Bu gün Azərbaycanın Mill Qəhrəmanı mərhum Ağayev Eldar Əsgər oğlunun doğum günüdür. E.Ağayev 29 sentyabr 1955-ci ildə Tbilisi şəhərində hərbiçi ailəsində anadan olub.

Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhəri 20 saylı orta məktəbində almış, sonra isə 134 saylı orta məktəbdə bitirmişdir.

1972-ci ildə Bakı Ali Ümumuqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır.

1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri,

1984-86-cı illərdə Əfqanıstanda alayın komandiri və kəşfiyyat bölüyünün komandiri olmuşdur.

E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş,

1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində işləmişdir.

1992-ci ildə komandanlığa raport yazaraq vətənə qayıdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayır.

Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğluna "Azərbaycanın Mill Qəhrəmanı" adı verilmişdir.

Eldar Ağayev 2013-cü il mayın 17-si gecə ürəktutmasından dünyasını dəyişib. Milli Qəhrəman II Fəxri Xiyabanda dəfn edilib.
Diaspora