Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.
Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Dövlət Komissiyasının tərkibinə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri Səbuhi Sadıqov da daxil edilib.