Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş idarələrinin rəisləri tutduqları vəzifədən azad olunaraq, Xidmət rəisinin sərəncamına götürülüblər.
Qaziler.az xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, həmin sözügedən Baş idarələrin sayı beşdir və onlar ləğv olunmayıb.
Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:
Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov
Kadrlar Baş İdarəsini rəisi general-mayor Azad Əliyev
Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi polkovnik Famil Aslanov
Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polkovnik Anar Əliyev
Səfərbərlik Baş İdarəsinin rəisi polkovnik Vəli Rzayev.
APA