Bu gün Türkiyədə dünyasını dəyişən Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.
Bu barədə "Report"un Qərb bürosuna onun yaxınları bildirib.
Xatırladaq ki, S.Hüseynov uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib.
Qeyd edək ki, 1959-cu ildə Gəncədə anadan olan S.Hüseynov uzun illərdir Azərbaycandan kənarda yaşayırdı. O, 1993-cü il iyununda baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.