Azərbaycanın sabiq baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb. Daha sonra yaxınları onun aeroportda ürəyinin dayandığı, xəstəxanaya aparılanda isə döyünməyə başladığı qeyd edilib.