Dövlət Neft Şirkətinə vitse-prezident təyin edilən Anar Məmmədov KİMDİR?

Dövlət Neft Şirkətinə vitse-prezident təyin edilən  Anar Məmmədov KİMDİR? backend

Prezident İlham Əliyev Anar Fərruh oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

Oxu.Az xatırladır ki, Anar Fərruh oğlu Məmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub.

A.Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub.

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Eyni zamanda “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 

A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio International Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb.

Diaspora