Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə yeddi nəfərin yeni təyinatı haqqında sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov SOCAR-ın vitse-prezidenti təyin edilib.
Oxu.Az xatırladır ki, Babək Hüseynov bu təyinata qədər SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb. Həmçinin, bir müddət bp şirkətində işləyib.